Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, 04 may 2022-ci il tarixdən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatda olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş, itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 14 iyun 2022-ci il tarixinədək uzadılmışdır.
Telefonlar: (012) 590-64-43, 590-64-31
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə M Ə L U M A T I
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yeni şəxsiyyət vəsiqəsi ilə əvəz etmək üçün 04 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək (Bazar günləri və bayram günləri istisna olmaqla) Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına müraciət edə bilərlər.
Sakinlərdən aprel ayının 25-dən etibarən aşağıdakı telefon nömrələri vasitəsilə əvvəlcədən növbə götürmələri xahiş olunur:
(012) 590-64-43, 590-64-31
Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak edib
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəvətilə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyasının təqdimat mərasimində iştirak edib.
Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak edib
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Serbiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Draqan Vladisavljeviçin dəvətilə, bu ölkənin milli bayramı-Dövlətçilik günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak edib
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Cuniçi Vadanın dəvətilə, bu ölkənin milli bayramı-İmperatorun Ad Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak edib
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Litva Respublikasının Azərbaycan və Türkmənistan Respublikalarında fövqəladə və səlahiyyətli Səfiri cənab Egidijus Navikasın dəvətilə, Litva Dövlətinin bərpasının 104-cü ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.
Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində tədbir keçirilmişdir
Bu gün Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı dəyirmi masa keçirilib.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.