Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Manuel A.C.Montenegro L.Da Cruzla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin qurulması, kənd təsərrüfatı, sənaye və bir çox sahələrdə innovativ iqtisadi mübadilə, rəsmi səfərlər və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

01 noyabr 2019-cu il