Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Serjan Abdıkərimovun dəvətilə, Qazaxıstanın Birinci Prezidenti Günü və Müstəqilliyinin 30 illiyi münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
|