Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və s.sahələrdə əməkdaşlıq imkanları, rəsmi səfərlər, digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb. Səfiri görüşdə onun müavini vəzifəsində fəaliyyət göstərən xanımı Korina Beatriz Lehmann müşayiət edib.

02 mart 2020-ci il