Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycan Respublikasında Müvəqqəti İşlər Vəkili xanım Danitsa Veinoviçlə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

26 avqust 2020-ci il