Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Rustam Soli ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, qardaşlaşma, mədəni, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, hər iki regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.



02 sentyabr 2021-ci il