Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Ukrayna Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Vladislav Kanevski ilə görüşüb.

Görüşdə iki dost ölkə arasındakı siyasi, iqtisadi, mədəni və s. münasibətlərin, eləcə də, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.



03 avqust 2021-ci il