Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Belçika Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Michel Peetermansla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, regional vəziyyət, sülhün möhkəmləndirilməsi, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda müzakirələr aparılıb.



03 sentyabr 2021-ci il