Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Kristian Kamillə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfər proqramları, iqtisadi,mədəni əlaqələr, regional, hərbi vəziyyət,gələcək fəaliyyət istiqamətləri və digər maraq doğuran sahələr üzrə səmimi və geniş müzakirələr aparılıb.

03 noyabr 2020-ci il