Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Cənab Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının
ölkəmizdəki Səfirliyində olub


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki Səfirliyində olub.

Səfir səlahiyyətlərini icra edən Müvəqqəti İşlər vəkili cənab Aziz Rahman Faiqe ilə görüşüb, səfirlikdə açılmış Matəm Kitabına Naxçıvan Muxtar Respublikası adından başsağlığı yazıb.

Qeyd edək ki,qardaş ölkənin paytaxtında, Kabil Universitetində törədilmiş xain terror aktı nəticəsində çox sayda professor-müəllim, tələbə, polis və əsgər həlak olub.

03 noyabr 2020-ci il