Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Fransanın "Total eren" şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri cənab Pablo Boke və Fransa-Rusiya Sənaye və Ticarət Palatasının Baş direktor müavini cənab Nikolas Ducretlə görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaradılmış əlverişli investisiya mühiti, burada həyata keçirilmiş və həyata keçirilməkdə olan böyük enerji layihələri və digər əməkdaşlıq əlaqələri müzakirə edilib.

04 aprel 2019-cu il