Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Volfqanq Maniq və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-Alman Birliyi Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Bəxtiyar Əsgərov Səfir Volfqanq Maniqə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbriklərini çatdırıb. Səfir göstərilən diqqət üçün Ali Məclisin Sədrinə dərin minnətdarlığını ifadə edib, Naxçıvanla əlaqələrə həmişə xüsusi önəm verdiklərini deyib.

03 oktyabr 2019-cu il