Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



4 dekabr 2018-ci il


       4 dekabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov ADA Universitetinin dəvətilə, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş, professor Ramiz Abutalıbov və gürcü əsilli fransız tarixçi Giorgi Mamulianın müəllifi olduğu, nadir sənəd və materiallardan ibarət dördcildlik "А.М.Топчибаши.Парижский архив.1919-1940" kitabının təqdimat mərasimində iştirak edib.