Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Hindistanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Vanlalvavna Bavitlungla görüşüb. Görüşdə Azərbaycanla Hindistan arasındakı əlaqələrin, xüsusilə, iqtisadi, ticari və elmi, mədəni əlaqələrin Naxçıvan Muxtar Respublikası ilə yaxından əməkdaşlıq etməklə daha da genişləndirilməsi məsələləri, rəsmi səfərlər və digər maraq doğuran sahələr ətrafında müzakirələr aparılıb.

5 aprel 2019-cu il