Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Qardaş Özbəkistanın Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Şirzod Fayziyev və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-Müstəqillik günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Cənab Səfir muxtar respublika rəhbərliyinin diqqətini yüksək qiymətləndirib və əlaqələrin genişləndirilməsi və inkişafında maraqlı olduqlarını ifadə edib.

05 sentyabr 2019-cu il