Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Guo Minlə görüşüb.

Görüşdə iki ölkə arasındakı mövcud münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli,hərtərəfli əməkdaşlıq, həyata keçiriləcək yeni layihələr, rəsmi səfərlər, qarşıda duran vəzifələr və s. məsələlər ətrafında səmimi müzakirələr aparılıb. Görüşdə xanım Səfiri 3-cü Katib xanım Xu Qing müşayiət edib.

05 noyabr 2019-cu il