Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Cənab Bəxtiyar Əsgərov Türkiyə Cümhuriyyətinin
Azərbaycandakı səfirliyində olub


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Türkiyə Cümhuriyyətinin keçmiş Baş Naziri, görkəmli dövlət xadimi, ictimai-siyasi xadim cənab Məsud Yılmazın vəfatı ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində olub.

Fövqəladə və Səlahiyyətli Səfir cənab Erkan Özoralla görüşüb, açılmış Matəm Kitabına Naxçıvan Muxtar Respublikası adından başsağlığı yazıb.

Qeyd edək ki,Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyarkən Məsud Yılmaz qardaş ölkədə Baş Nazir vəzifəsini icra edib.

05 noyabr 2020-ci il