Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



6 fevral 2019-cu il


       6 fevral 2019-cu il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Avstriyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Bernd Alexander Bayerl ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud münasibətlər, qardaşlaşmış Naxçıvan-Ştiriya əlaqələri və qarşıda duran digər məsələlər barədə müzakirələr aparılıb.