Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Argentina Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Serxio Osvaldo Perez Qunella ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı münasibətlər, eləcə də, Naxçıvan Muxtar Respublikası ilə bir bir çox sahələrdə-kənd təsərrüfatı, turizm və s. sahələrində əməkdaşlıq məsələləri, qarşılıqlı səfərlər, qarşıda duran fəaliyyət istiqamətləri müzakirə edilib.
|