Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



"Heydər Əliyev müstəqilliyimizin memarıdır"
adlı dəyirmi masa keçirilib


       Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində "Heydər Əliyev müstəqilliyimizin memarıdır" adlı dəyirmi masa keçirilib.

Tədbirdə respublikamızın görkəmli elm, mədəniyyət və ədəbiyyat xadımləri, ziyalılar iştirak edib.

Dəyirmi masada İvtixarın "Müstəqil vətənin memarı" poemasının əsasında hazırlanmış eyniadlı filmin nümayişi olub.

Əvvəlcə daimi nümayəndəliyin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

7 may 2019-cu il