Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Xorvatiyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Branko Zebiç ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, vizaların sadələşdirilməsi, enerji layihələri, Naxçıvan Muxtar Respublikası ilə bir sıra sahələrdə,xüsusilə, turizm sahəsində əlaqələr, rəsmi səfərlər, yeni açılmış səfirliyin fəaliyyət prioritetləri və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

07 oktyabr 2019-cu il