Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Zakari Qrosla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, şəhərlərin qardaşlaşması, rəsmi səfərlər,qarşıda duran vəzifələr və digər sahələrlə bağlı səmimi müzakirələr aparılıb.

07 noyabr 2019-cu il