Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin kollektivi
Türkiyəyə humanitar yardım göndərib


       Qardaş ölkədə baş verən təbii fəlakətdən zərər görmüş insanlara Azərbaycanın dörd bir yanından istər humanitar yardım, istərsə də yaradılmış bank hesablarına ianələrin köçürülməsi davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin kollektivi də zəlzələ bölgəsinə humanitar yardım göndərib. Yardım bu gün səhər saatlarında yük avtomobilinə yığılaraq Türkiyəyə yola salınıb.



08 fevral 2023-cü il