Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Yaponiyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Vada Cuniçi ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələr, kənd təsərrüfatı, turizm,nəqliyyat, yaşıl enerji, elektronika və digər sahələri əhatə edən layihələr, regional siyasi-hərbi vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraq doğuran məsələlər ətrafında səmimi müzakirələr aparılıb.



08 aprel 2021-ci il