Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri xanım Salima Abdelhakla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər,Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, qarşıda duran fəaliyyət istiqamətləri, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

08 sentyabr 2020-ci il