Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



9 yanvar 2019-cu il


       9 yanvar 2019-cu il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Dr.Hamad bin Abdullah bin Səud bin Xudeyr Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşüb. Görüşdə Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasındakı əlaqələrdə Naxçıvan Muxtar Respublikasının rolu, müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.