Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Li Litzenberger ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, yüksək səviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.



09 iyul 2021-ci il