Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin 1-ci Katibi, iqtisadi məsələlər üzrə müşavir cənab Piter Kaufmanla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, regional proseslər, qarşılıqlı iqtisadi münasibətlər, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

9 avqust 2019-cu il