Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunmuş Bakı Təmsilçisi cənab Mustafa Kamal Bəyazbayramla görüşüb.

Görüşdə qardaş ölkələrimiz arasındakı münasibətlərin, eləcə də Naxçıvan Muxtar Respublikası ilə turizm, təhsil və s.sahələrdə əlaqələrin inkişafı, regional vəziyyət, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.



09 avqust 2021-ci il