Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 74-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Bu ölkənin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Dr.Hüsnan Bəy Fənanie və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov tədbirdə iştirak edib.

Səfir Hüsnan Bəy Fənanie Naxçıvan Muxtar Respublikası ilə əlaqələrindən məmnun olduğunu və bunun üçün muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.

09 sentyabr 2019-cu il