Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Rustam Soli ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi,mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

10 yanvar 2020-ci il