Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsrail dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Corc Diklə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və qarşıda duran bir çox sahədə əməkdaşlıq, urizmin inkişafı, qarşılıqlı səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Səfiri onun müavini xanım Avital Rosenberg, siyasi və energetika məsələləri üzrə müşavir Mövsüm Axundov müşayiət edib.

10 fevral 2020-ci il