Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Səudiyyə Ərəbistanı Krallıģının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Dr.Haməd bin Abdullah bin Səud bin Xudeyrlə görüşüb.

Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, iqtisadi, mədəni əlaqələrin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, qarşıda duran vəzifələr, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.



10 sentyabr 2021-ci il