Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin İqtisadi-Ticarət məsələləri üzrə Müşaviri cənab Van Çunqan ilə görüşüb.

Səfirliyin 1-ci Katibi xanım Zhang Nan və İqtisadi məsələlər üzrə Attaşe cənab Ven Guo Huinin də iştirak etdiyi görüşdə iki ölkə arasındakı uğurlu münasibətlər, muxtar respublika ilə qurulmuş möhkəm,sıx iqtisadi əlaqələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.

10 oktyabr 2020-ci il