Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Vey Çinhua ilə görüşüb.

Səfir Vey Çinhuanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə iki ölkə arasında, xüsusilə, son illərdə yüksələn xətlə inkişaf edən Çin Xalq Respublikası və Naxçıvan Muxtar Respublikasının bir çox sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivlər müzakirə edilib. Səfir Vey Çinhua fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına verdiyi töhfələrə və real nəticələrin əldə olunmasına görə Prezident cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını ifadə edib.

11 iyun 2019-cu il