Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       İtaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Augusto Massarinin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İtaliya səfirinin Rezidensiyasında cənab Massari ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

11 sentyabr 2020-ci il