Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Cənab Bəxtiyar Əsgərov Rusiya Federasiyasının
Azərbaycan Respublikasındakı səfirliyində olub


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində olub.

Fövqəladə və Səlahiyyətli Səfir cənab Mixail Nikolayeviç Boçarnikovla görüşüb, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası adından başsağlığı verib.

11 noyabr 2020-ci il