Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivi ulu öndərin anım günü ilə əlaqədar Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub.

Sonra nümayəndəliyin əməkdaşları Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər düzüb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.



11 dekabr 2023-cü il