Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında Müvəqqəti İşlər Vəkili cənab Kristian Kamill ilə görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikasının Azərbaycan-İsveç, eləcə də, ölkəmizin Avropa ilə münasibətlərindəki yeri, qarşılıqlı rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

12 mart 2019-cu il