Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Polşa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Rafal Poborski ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər,Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, enerji, təhsil, turizm və s. istiqamətlərdə əməkdaşlıq məsələləri,rəsmi səfərlər və qurulacaq fəaliyyət istiqamətləri,digər maraqlı sahələr ətrafında səmimi müzakirələr aparılıb.

12 mart 2020-ci il