Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Ukrayna Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Vladislav Konevski və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, bu ölkənin Müstəqillik günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Səfir Konetski Naxçıvan Muxtar Respublikası ilə yaxın dostluq və əməkdaşlıq münasibətlərindən qürur duyduğunu və göstərilən diqqət üçün minnətdarlığını ifadə edib.

12 sentyabr 2019-cu il