Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov 13 aprel 2021-ci il tarixdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoralla onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Bəxtiyar Əsgərov ölkəmizdəki fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq münasibətlərinin,hərtərəfli strateji əlaqələrin,eyni zamanda,Muxtar respublika ilə qurulmuş yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsində,genişləndirilməsində və hərtərəfli sıx əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Səfir Erkan Özorala Naxçıvan Muxtar Respublikası adından təşəkkür edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.Cənab Erkan Özoral fəaliyyəti dövründə onunla əsl dostluğa, qardaşlığa, səmimi əməkdaşlığa və göstərilən yüksək diqqətə görə şəxsən dövlət xadimi,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliynə dərin minnətdarlığını ifadə edib.



13 aprel 2021-ci il