Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yenicə fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli Səfiri cənab Kristofer Alberto Martinez Berroteran ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, ölkəmizdə yeni açılmış Səfirliyin fəaliyyət prioritetləri, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə,xüsusilə, iqtisadi sahədə əlaqələrin yaradılması mexanizmləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

14 mart 2019-cu il