Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Corc Diklə görüşüb.

Görüşdə iki ölkə arasındakı siyasi-iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətləri, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.



14 iyul 2021-ci il