Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Latviya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Dainis Qarançslə görüşüb.

Görüşdə iki ölkə arasındakı əlaqələr,Naxçıvan Muxtar Respublikası ilə mədəni, iqtisadi münasibətlərin inkişafı, rəsmi səfərlər, qarşıda duran və maraq doğuran bir sıra məsələlər barədə müzakirələr aparılıb.

14 oktyabr 2019-cu il