Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı ilə görüşüb.

Görüşdə iki ölkə arasında, eləcə də, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli dostluq və qardaşlıq münasibətləri, bir çox sahədə, xüsusilə, elm,təhsil, mədəniyyət sahələrində işbirliyinin, əməkdaşlığın genişləndirilməsi, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda səmimi söhbət aparılıb.



16 iyul 2021-ci il