Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Özbəkistan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Bəhram Əşrəfxanovla görüşüb.

Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi-mədəni əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

16 sentyabr 2020-ci il