Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Serbiya Respublikasının Azərbaycandakı səfirliyində görüş olub


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Draqan Vladisavljeviçin dəvəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində olub.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi, regionda yaranmış yeni vəziyyət, qarşılıqlı iqtisadi layihələrin icrası, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.



16 sentyabr 2021-ci il