Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Latviya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Dainis Qarançsla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə mədəni, iqtisadi əlaqələr, regional məsələlər və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

16 oktyabr 2020-ci il