Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində görüş keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Volfqanq Maniqlə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regional vəziyyət, Almaniyanın Avropa İttifaqına rəhbərliyi dönəmində Azərbaycana,Naxçıvana olan xüsusi maraq,rəsmi səfərlər, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanları və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

17 sentyabr 2020-ci il